BANK

Bankların xarici öhdəlikləri - AZALIB
09 SENTYABR
476

Bankların xarici öhdəlikləri - AZALIB

2016-09-09 18:14:00

Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının xarici öhdəliklərinin ümumi həcmi 2016-cı il avqustun 1-nə 6 448,3 mln. manat təşkil edib. Azərbaycan Mərkəzi Bankının (AMB) açıqladığı statistikaya görə, bu, iyulun 1-nə olan analoji göstərici ilə müqayisədə 177,5 mln. manat və ya 2,68% azdır. İlin əvvəli ilə müqayisədə kommersiya banklarının xarici öhdəlikləri 1 756,2 mln. manat və ya 21,4% azalıb. Keçən ilin analoji dövrü ilə müqayisədə isə azalma 113,1 mln. manat və ya 0,03% olub. 

"Report"un analitik qrupu hesab edir ki, kommersiya banklarının xarici öhdəliklərinin ilin əvvəli ilə müqayisədə azalması AMB-nin kommersiya banklarına tələbinin artması ilə izah olunur: "Yəni, AMB kommersiya banklarına xarici borclarını ödəmək üçün ilin əvvəlindən 1,7 mlrd. manatdan çox vəsait verib".

Mənbə: Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272