BANK

Banklarda problemli kreditlərin payı açıqlandı
09 SENTYABR
646

Banklarda problemli kreditlərin payı açıqlandı

2016-09-09 17:16:00

Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 2016-cı il avqustun 1-nə 1 504,4 mln. manat təşkil edib. Azərbaycan Mərkəzi Bankı bildirir ki, bu, iyulun 1-i ilə müqayisədə 2,3% və yaxud 35,4 mln. manat azdır.

Problemli kreditlər ilin əvvəlinə nisbətən 0,3% azalıb, illik müqayisədə isə 16,2% artıb.

İyulun sonunda vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində payı 9% olub. Bu nisbət iyunun sonunda 8,4%, 2015-ci ilin sonunda 6,9%, ötən ilin iyul ayının sonunda isə 6,4% olub.

Mənbə: "Report"

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272