BANK

Bank müştəriləri televizor və smartfon qazanıb
09 SENTYABR
299

Bank müştəriləri televizor və smartfon qazanıb

2016-09-09 12:58:00

«Expressbank»ın “2016 Olimpiya Oyunlarının ən yaxşı anlarından həzz al” şüarı altında Visa kartları ilə keçirdiyi stimullaşdırıcı lotereyasının qalibləri müəyyən olunub. 

Bankdan fins.az-a verilən məlumata görə, «Expressbank»ın bir müştərisi əsas hədiyyə olan Panasonic Smart TV televizoru, digər müştərisi isə Samsung Galaxy smartfonunu qazanıb. «Hər iki qalibi təbrik edir və Expressbank-la daha böyük uğurlara imza atacaqlarına inanırıq»-deyə açıqlamada bildirilir. 

Xatırladaq ki, Expressbank mütəmadi olaraq müxtəlif növ məhsul, aksiya və müsabiqələr vasitəsi ilə müştərilərini nağdsız alış-verişə stimullaşdırmağa davam edir. Bank-ın təqdim etdiyi ExpressClub xidməti də, məhz Expressbank-ın plastik kartları ilə odəniş zamanı xərclənən məbləğin 20%-dək hissəsini müştəriyə geri qaytarmaqla həm müştərilərini nağdsız alış-verişə həvəsləndirir, həm də onlara pul qazandırır. 

Qeyd edək ki, Expressbank-ın plastik kartlarına sahib olmaq istəyən müştərilər Visa Electron / Maestro kartlarını 6 AZN, Visa Classic / MasterCard Standart kartlarını isə 8 AZN-ə əldə edə bilərlər. Həmçinin hesaba minimum 400 AZN ilkin mədaxil etməklə Visa / MasterCard Gold, 800 AZN ilkin mədaxillə isə Visa / MasterCard Platinum kartlarını Pulsuz sifariş etmək mümkündür.  

Expressbank-ın digər xidmətləri barədə daha ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya Bankın rəsmi facebook səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272