BANK

Plastik kartda kreditlərə başladı – YENİLİK
09 SENTYABR 2016
566

Plastik kartda kreditlərə başladı – YENİLİK

2016-09-09 11:04:00

«FINCA Azerbaijan» Qeyri-bank Kredit Təşkilatı artıq bütün filiallarında plastik kartlarda kredit təklif etməyə başlayıb. Şirkətdən fins.az-a verilən məlumata görə, yeni plastik kartlar “FINCARD” adlanır və bu, əvvəlcədən ödəniş edilən (prepaid) yeni innovativ kreditvermə kanalı sayılır. Müştərilər “FINCARD” ilə bank və poçt şöbələrindən nağd pul vəsaiti çıxarda, ticarət və xidmət obyektlərində isə POS-terminallar vasitəsi ilə nağdsız əməliyyatlar həyata keçirə bilərlər.

“FINCARD” içərisində nağd pul vəsaiti olan lokal ödəniş kartıdır və bu yeni məhsul FINCA-nın alternativ kreditvermə kanalının yaradılması istiqamətində mühüm addımlarından biridir.

Qeyd edək ki, daha öncə sınaq müddətində Təşkilatın bir neçə filialında müştərilər “FINCARD” əldə edərək yeni kreditvermə kanalından uğurla istifadə edib. «FINCA Azerbaijan»ın bu xidməti  Təşkilatın Azərpoçt və Millikart ilə əməkdaşlığı çərçivəsində mümkün olub. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+1°C
  • $ USD
    1.7352
  • € EUR
    1.8522
  • ₽ RUB
    0.0301