BANK

"Nikoil bank" bağlanan filialların müştərilərinə müraciət etdi
08 SENTYABR
840

"Nikoil bank" bağlanan filialların müştərilərinə müraciət etdi

2016-09-08 18:39:00

"Nikoil Bank" ASC Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Bankın 4 filialının bağlanması qərarına hörmətlə və anlayışla yanaşdığını bəyan edib. Fins.az xəbər verir ki, qəbul edilən qərara reaksiya olaraq Bank dərhal həmin 4 satış nöqtəsini bağlayıb.

Bildirilib ki, bankın rəhbərliyi baş verənlərə görə çox təəssüflənsə də, bu qərarı müştərilərlə işləmə sisteminin yeni mərhələsi kimi dəyərləndirir.

"Rəhbərlik dəyişikliyindən sonra "Nikoil Bank" filial şəbəkəsi və xərclərinin optimallaşdırılması ilə fəal məşğul olmağa başlayıb. Bank həmçinin texnoloji inkişafın artırılması və maliyyə davamlılığına investisiya yatırmağa hazırlaşır".

Qeyd olunur ki, 2016-cı il il avqustun 31-nə Moskvada "Nikoil" İnvestisiya-Kommersiya Bankı səhmdarlarının növbədənkənar yığıncağı keçirilib və Bankın nizamnamə kapitalının 60 mln. manat məbləğində artırılması qərara alınıb. Bu qərarın icrasından sonra Bankın nizamnamə kapitalı 94,5 mln. manata çatdırılacaq. Bu məqsədlə artıq bu gün Bank tərəfindən növbəti 10 mln. ABŞ dolları məbləğində tranş qəbul edilib.

Bununla yanaşı, müştərilərin diqqətinə çatdırılır ki, "Nikoil Bank"ın ləğv olunmuş filiallarının bütün fəaliyyətləri 3 saylı, 5 saylı və 11 saylı filiallar arasında paylanacaq.

Belə ki, 1 və 13 saylı filialların müştərilərə 3 saylı filialda (Bakı şəhəri, Səməd Vurğun küçəsi,166), 2 saylı filialın müştərilərinə 11 saylı filialda (Bakı şəhəri, Hüseyn Cavid pr-ti, ev “A”), 9 saylı filialın müştərilərinə isə 5 saylı filialda (Bakı şəhəri, Xocalı pr-ti,24) xidmət göstəriləcək.

 

 

Mənbə: Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272