BANK

Daha bir bank dollar satışını dayandırıb - SİYAHI
08 SENTYABR
1730

Daha bir bank dollar satışını dayandırıb - SİYAHI

2016-09-08 17:08:00

Sentyabr ayının 8-də keçirilən son valyuta hərracına 300 milyon dollar çıxarılması bankları ruhlandırsa da, bəzi banklar hələ də dollar satışını bərpa etməyib. Hətta bəzi banklar sentyabr ayının 7-də dollar satsa da, bu gün  xarici valyuta satışını dayandırıblar. Fins.az-ın məlumatına görə, bu gün “PAŞA Bank” dollar satışını tamamilə dayandırıb. Bankdan fins.az-a verilən məlumata görə, sentyabr ayının 7-nə kimi yalnız daxili müştərilərə 500 dollar limitlə dollar satışı həyata keçirilirdi.Bu gündən etibarən daxili müştərilər üçün də satış dayanıb. Bankdan bunun səbəbi açıqlanmayıb. Dollar satmayan bankların siyahısı belədir:

“AFB Bank”

“Azərbaycan Beynəlxalq Bankı”  

“Bank of Baku”

“Bank BTB”

“Bank Standard” 

“Bank VTB (Azərbaycan)”

“Dəmirbank”

“Expressbank”

“Xalq Bank”

İran Milli Bankının Bakı filial

“Muğanbank”

“Naxçıvanbank”

“Nikoyl Bank”

Pakistan Milli Bankının Bakı filial

“PAŞA Bank”

“Rabitəbank”

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270