BANK

Hava limanında dollar satışı - LİMİTİ  YENIDƏN ARTIRILDI
08 SENTYABR
1043

Hava limanında dollar satışı - LİMİTİ  YENIDƏN ARTIRILDI

2016-09-08 16:36:00

Heydər Əliyev adına Binə Beynəlxalq Hava Limanında dollar satışı limiti bu gün yenidən artırılıb. Bu barədə fins.az-a hava limanında dollar satışını həyata keçirən «Bank Silk Vey»dən məlumat verilib. Bankdan bildirilib ki, hava limanındakı filialda dolların satışı üçün limit 300 dollardan 500 dollara çatdırılıb.  Eyni məbləğ avro üçün də keçərlidir.

Bundan əlavə bank adi müştərilər üçün də dollar satışı bərpa edib. «Bank Silk Vey»dən bildirilib ki, baş ofisdə xarici valyuta, o cümlədən dollar limitsiz satılır. Filiallardan isə satış 500 dollar limitlə həyata keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272