BANK

"Nikoyl Bank"dan bağlanan filiallarla bağlı - AÇIQLAMA
08 SENTYABR
811

"Nikoyl Bank"dan bağlanan filiallarla bağlı - AÇIQLAMA

2016-09-08 16:31:00

"Nikoyl Bank" ASC Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının qərarı ilə bankın 4 filialının fəaliyyətinə xitam verilməsi məsələsinə münasibət bildirib. 

Bankın Marketinq departamentinin direktoru Rəşad Cümşüdov bildirib ki, "Biz bu qərara təəssüflənirik. Palatanın bütün qərarları bizim üçün qanundur və onun təxirəsalınmaz dərəcədə yerinə yetirəcəyik. Təbii ki, çətin bir dövrdür. Bu çətin vəziyyətdə bankın sağlamlaşdırılması istiqamətində aktiv iş davam etdirilir. Hazırda biz öz xərclərimizi optimallaşdırırıq, kapitalımızı artırırıq. Bilirsiniz ki, bankın məcmu kapitalının artırılması ilə bağlı səhmdarların qərarı var. Bankın qarşısında qoyulan məcmu kapitala olan, eləcə də digər tələblərin yerinə yetirilməsi istiqamətində işlər görülür. “Nikoyl Bank”ın bazarda daha da aktiv fəaliyyəti ilə bağlı yeni strategiya hazırlanır. Onu deyə bilərəm ki, bazarda yeni bir sıçrayış edəcəyik".

Mənbə: APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272