BANK

Maliyyə Palatası Səhiyyə Nazirliyinə CAVAB VERDİ
08 SENTYABR
701

Maliyyə Palatası Səhiyyə Nazirliyinə CAVAB VERDİ

2016-09-08 15:52:00

"Maliyyə Bazarlarına Nəzarət Palatasının mövqeyi dəyişməzdir. Banklar valyuta mübadiləsi əməliyyatları zamanı 4%-lik marja koridorunu pozmamalıdır". Bunu Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Direktorlar Şurasının sədrinin müşaviri Rüfət Abbasov deyib.

R.Abbasov deyib ki, belə hallarla qarşılaşanlar MBNP-yə müraciət edə bilərlər: “Əgər bu kimi hallar varsa, həmin şirkətləri Palataya müraciət etməyə dəvət edirəm, biz bu faktları araşdırıb müvafiq tədbirlər görəcəyik. Lakin, bu yalnız valyuta mübadiləsi əməliyyatlarına aiddir”.

Qurum rəsmisi bildirib ki, bankların bank köçürməsi və bu kimi digər əməliyyatlar zamanı tarif siyasəti müştəri ilə bank arasındakı müqavilə əsasında tənzimlənir.

Qeyd edək ki, bu gün səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib ki, ölkədə xarici valyuta bəzi banklar tərəfindən müəyyənləşdirilmiş 4%-lik marjadan yuxarı qiymətə satıldığına görə, dərman idxal edən şirkətlər öz işini normal şəkildə tənzimləyə bilmir.

Mənbə: Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272