BANK

Dollara tələbat kəskin azalıb – VALYUTA HƏRRACI
08 SENTYABR
1585

Dollara tələbat kəskin azalıb – VALYUTA HƏRRACI

2016-09-08 15:36:00
Azərbaycan Mərkəzi Bankının bu gün keçirdiyi valyuta hərracında dollara tələbat əvvəlki hərraclardan daha az olub. Bu barədə fins.az-a AMB-dan bildirilib. Mərkəzi Bankın məlumatına görə, sentyabın 8-də Mərkəzi Bankda keçirilmiş növbəti valyuta hərracında Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən 200 milyon ABŞ dolları və Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 100 milyon ABŞ dolları olmaqla, ümumilikdə 300 milyon ABŞ dolları məbləğində vəsait satışa çıxarılıb. Hərracda məcmu tələb 402.56 milyon təşkil edib. Başqa sözlə, dollara tələbat hərraca çıxarılan həcmi cəmi 34% üstələyib.
 
 Qeyd edək ki, bundan əvvəlki hərracda isə 50 milyon dollar satıldığı halda dollara tələbat 588 milyon dollar və ya çıxarılan məbləğdən 12 dəfə artıq olmuşdu. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272