BANK

Bağlanan bankın əmanətçilərinə ödənilən kompensasiyanın məbləği - AÇIQLANDI
07 SENTYABR
423

Bağlanan bankın əmanətçilərinə ödənilən kompensasiyanın məbləği - AÇIQLANDI

2016-09-07 17:55:00
Əmanətlərin Sığortalanması Fondu tərəfindən 6 sentyabr 2016-cı il tarixdə "Parabank" ASC-nin qorunan əmanətçilərinə 21 mln. 933 min manat, "Zaminbank" ASC-nin qorunan əmanətçilərinə 40 mln. 581 min manat, "Kredobank" ASC-nin qorunan əmanətçilərinə 16 mln. 434 min manat və "Dekabank" ASC-nin qorunan əmanətçilərinə isə 2 mln. 758 min manatdan artıq kompensasiya ödənilib.
 
Fins.az-ın APA-ya istinadən məlumatına görə, 4 bank üzrə ümumilikdə 81 mln. 706 min manatdan artıq kompensasiya ödəniş olunub.
 
Bundan başqa, 6 sentyabr 2016-cı il tarixdə "Atrabank" ASC-nin qorunan əmanətçilərinə 11 mln. 97 min manat, "Qafqaz İnkişaf Bankı" ASC-nin qorunan əmanətçilərinə 1 mln. 514 min manatdan artıq kompensasiya ödənilib. 2 bank üzrə ümumilikdə 12 mln. 611 min manatdan artıq kompensasiya ödənilib.
 
6 sentyabr 2016-cı il tarixdə "Bank of Azerbaijan" ASC-nin qorunan əmanətçilərinə 24 mln. 91 min, "Gəncəbank" ASC-nin qorunan əmanətçilərinə 925 min 554 manat, "Texnikabank" ASC-nin qorunan əmanətçilərinə isə 119 mln. 709 min manatdan artıq kompensasiya ödənilib. 3 bank üzrə ümumilikdə 144 mln. 725 min manatdan artıq kompensasiya ödənilib.

Ümumilikdə fond tərəfindən 9 bank üzrə 239 mln. 42 min manatdan artıq kompensasiya ödənilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274