BANK

Kredit şərtlərini dəyişdi – BANKDAN QƏRAR
07 SENTYABR
1813

Kredit şərtlərini dəyişdi – BANKDAN QƏRAR

2016-09-07 15:04:00
«Yapı Kredi Bank (Azərbaycan)» istehlak kreditlərini bahalaşdırıb. Bankdan fins.az-a verilən məlumata görə, sentyabr ayının 1-dən etibarən istehlak kreditləri üzrə illik faiz dərəcəsi 1 artırılaraq 27%-ə çatıb.
 
Bundan əlavə, istehlak kreditlərinin verilməsi şərtləri də dəyişib. Belə ki, əvvəl 350 manat əmək haqqı alan  müştəri bankdan  kredit götürə bilirdi. Yeniliyə əsasən 425 manatdan az maaş alanlara istehlak krediti verilmir.
 
Üstəlik  kredit götürmək istəyən müştərinin ya rəsmi, ya da xidməti müqavilə əsasında iş yerində bir illik təcrübəsi olmalıdır. Bankdan bildirilib ki, istehlak kreditləri üzrə limit isə dəyişməyib. Müştərilərə 10 min manata kimi istehlak krediti verilir.
 
Bank şərtlərin dəyişməsi  və istehlak kreditlərinin bahalaşmasının səbəbini açıqlamayıb. Yalnız dəyişikliyin daxili qaydalar əsasında aparıldığı deyilib.
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275