BANK

Hava limanında dollar satışı - LİMİTİ ARTIRILDI
07 SENTYABR
2036

Hava limanında dollar satışı - LİMİTİ ARTIRILDI

2016-09-07 13:15:00

Heydər Əliyev adına Binə Beynəlxalq Hava Limanında dollar satışı limiti artırılıb. Bu barədə fins.az-a hava limanında dollar satışını həyata keçirən «Bank Silk Vey»dən məlumat verilib. Bankdan bildirilib ki, hava limanındakı filialda doların satışı üçün limit 3 dəfə artırılaraq 100 dollardan 300 dollara çatdırılıb.  Eyni məbləğ avro üçün də keçərlidir. 

Qeyd edək ki, valyuta yalnız xaricə uçanlara satılır - bankın hava limanındakı filiallarından yalnız xaricə uçuş bileti olanlar valyuta ala bilərlər. Daxili uçuşlarla hərəkət edənlərə valyuta satılmır. 

Hazırda “Bank Silk Vey”də, o cümlədən hava limanında da dolların alış qiyməti 1.6370 manat, satış üzrə qiyməti isə 1.7059 manatdır. Avronun alış məzənnəsi 1.8000 manat, satışı isə 1.9195 manat təşkil edir.

 

Eləcə də bax: Aeroportda dollar satışı başladı – MƏZƏNNƏ

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272