BANK

Bu bankın 50 milyona yaxın öhdəliyi var
07 SENTYABR
422

Bu bankın 50 milyona yaxın öhdəliyi var

2016-09-07 11:13:00

2016-cı ilin I yarısının sonuna «Nikoil» İnvestisiya-Kommersiya Bankının Mərkəzi Bank (AMB) qarşısında öhdəlikləri 49,8 mln. manat həcmində qiymətləndirilir. Bu barədə Bankın hesabatında məlumat verilib.

"2016-cı il iyunun 30-na bankın AMB qarşısında öhdəlikləri 49,8 mln. manat təşkil edir", - deyə məlumatda bildirilir.

Bununla belə, “Nikoil” İKB vəsaitlərin hansı müddətə və nə məqsədlə cəlb olunması barədə açıqlama verməyib.

“Nikoil” İKB 1994-cü ildən Azərbaycanda fəaliyyət göstərir. Bankın səhmdarları “Topaz Investment”, “Nikoil” SC, “Uralsib-İnvest” MMC və “ISR Holding”dir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275