BANK

Azərbaycanda dolların məzənnəsi necə müəyyən olunur? - ALQORİTM
07 SENTYABR
5384

Azərbaycanda dolların məzənnəsi necə müəyyən olunur? - ALQORİTM

2016-09-07 11:09:00
Mərkəzi Bank məzənnələr üzrə maraqlı alqoritm qurub. 17 avqustdan etibarən bəri "üzən məzənnə"də bir riyazi mexanizm nəzərə çarpır. İqtisadçı Aqil Zeynallının müşahidə etdiyi "model" isə belədir.
Məzənnə təyin edilir və 2 gün ərzində sabit qalır. Növbəti gün 41 bənd  və ya 0.25% artım baş verir. Sonra həmin məzənnə 3 gün müddətində sabit qalır. Beləliklə, bu günə elan olunan məzənnənin 1.6403 səviyyəsində olması çox gümanki, eyni prinsiplə alınıb: 1.6362+0.0041. Əgər belə davam etsə, onda sentyabrın 8-ində məzənnə 1.6403 səviyyəsinə yüksələcək. 9-dan 15-nə kimi 1.6444, 16-sı və 19-da isə 1.6485-ə çatacaq.
 
Ekspertlər ümid edirlər ki, bu, sadəcə bir təsadüfdür və müvafiq orqanlar ölkənin məzənnə siyasəti ilə bağlı ciddi şəkildə düşünməlidirlər. Yəni, söhbət devalvasiyadan getmir, devalvasiyanın necə olacağından gedir. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275