BANK

Bu bankın kreditorlarına 2 ay vaxt verildi - QƏRAR
07 SENTYABR
996

Bu bankın kreditorlarına 2 ay vaxt verildi - QƏRAR

2016-09-07 10:10:00

Əmanətlərin Sığortalanması Fondu  (ƏSF) qarşıdakı 2 ay ərzində “Kredobank”a qarşı tələbləri yazılı şəkildə qeydə alacaq. Vergilər Nazirliyindən fins.az-a verilən məlumata görə, bunun üçün kreditorlar öz tələblərinin hüquqi əsasını sübut   edən  sənədləri və  aşağıdakı  məlumatları təqdim etməlidir.

       - Kreditorun adı, ünvanı;

       - Tələbin əsas  məğləğinə daxil  edilən faizlərin və digər haqların məbləğləri;

       - Tələbin təminatı olan girov (ipoteka) və ya zəmanət barədə məlumat.

“Kreditorlardan xahiş olunur ki, bu elanın dərcindən sonra 2 ay ərzində bankın ləğvedicisi kimi ƏSF-ə müraciət etsinlər”.

Xatırladaq ki, 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsi  bu il iyulun 22-də verdiyi qərarla həmin "Kredobank"ın fəaliyyəti dayandırılıb.  Onun ləğvedicisi isə ƏSF-dir. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275