BANK

Dollar krediti üzrə manatı qəbul etməmək qanunsuzdur - EKSPERT
06 SENTYABR
604

Dollar krediti üzrə manatı qəbul etməmək qanunsuzdur - EKSPERT

2016-09-06 15:45:00

Azərbaycanda yaranmış qıtlığı dollar kreditlərinin ödənilməsində də problemlər yaradıb. Belə ki, bəzi banklar borclulardan dollar kreditlərini manat ekvivlentində (hətta həmin bankın öz məzənnəsi ilə belə) qəbul etmir və ödənişin mütləq dollarla həyata keçirilməsini tələb edirlər. Fins.az-ın məlumatına görə, iqtisadçı-ekspert Əkrəm Həsənov bu addımın qanunsuz olduğunu bildirib.

Ekspert bildirir ki, bankların bu addımının səbəbi məlumdur: «manat faktiki olaraq artıq növbəti kəskin devalvasiyaya məruz qaldığı üçün dollar ödənişini rəsmi məzənnəyə nisbətdə 4 faizlik marja çərçivəsində manatla qəbul etmək banklara sərf etmir». 

Amma bankların bu hərəkəti qanuna və bütün dünyada qəbul edilmiş milli valyutanın qanuni ödəniş vasitəsi (“legal tender”) olması prinsipinə ziddir. Belə ki, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Qanunun 36.3-cü maddəsində deyilir: “Mərkəzi Bankın buraxdığı pul nişanları, o cümlədən yubiley və xatirə pul nişanları Azərbaycan Respublikasının bütün ərazisində nominal dəyərləri ilə hər növ ödənişlərin həyata keçirilməsi, hesablara daxil edilməsi və pul köçürmələri zamanı hökmən qəbul edilməlidir”. 

Bank qanunu pozaraq ödənişi qəbul etmirsə, borclu nə edə bilər?

Ekspert bildirir ki, belə vəziyyətdə müştəri, Maliyyə Bazarlarına Nəzarət Palatasına və İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə, habelə məhkəməyə şikayət edə bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275