BANK

Ölkədə dollar qıtlığı mövcuddur - Moody's
05 SENTYABR
999

Ölkədə dollar qıtlığı mövcuddur - Moody's

2016-09-05 16:42:00

"Moody's Invester Servis" Azərbaycanın ölkədəki kapital üzərində müəyyən nəzərəti formalaşdırmalı olduğunu bildirib. Fins.az xəbər verir ki, təşkilat həmçinin keçmiş sovet ölkələri arasında ən böyük maliyyə krizisinin məhz Azərbaycanda olduğunu qeyd edib.

Məqalədə o da bildirilir ki, pul-krediti siyasəti ölkədə özünü doğrultmayıb. Eyni zamanda, ölkədə dollar qıtlığı mövcuddur. Təşkil olunan valyuta auksiyonlarında isə təklif olunan dollar təlabatdan dəfələrlə azdır.
Hesabatda bildirlir ki, manat son dövrlərdə daha çox ucuzlaşmaya məruz qalıb və hazırki "məzənnə tarixçəsi" ilə keçmiş sovet ölkələrinin valyutaları ilə müqayisədə daha pis vəziyyətdədir. Hətta Azərbaycan manatı devalvasiya səviyyəsinə görə Ukrayna qrivnasını da geridə qoyur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275