BANK

«Qara bazar»da dollar ucuzlaşdı - QİYMƏT
05 SENTYABR
12261

«Qara bazar»da dollar ucuzlaşdı - QİYMƏT

2016-09-05 13:27:00

Banklar tərəfindən ABŞ dollarının satışının məhdudlaşdırılması nəticəsində dollar kütləsinin alınıb-satıldığı «qara bazarda» məzənnələr bir qədər azalıb. Fins.az-ın məlumatına görə, ötən həftənin sonunda (sentyabrın 2-də) «qara bazar»da dolların satış qiyməti 1,82 manat olduğu halda, istirahət günləri bu qiymət bir qədər də yüksələrək 1,83 manata çatıb.

Dolların alış qiyməti isə sentyabrın 2-dəki 1,78 manatdan, sentyabrın 3-4-də 1,81 manata qalxıb. Amma bazar ertəsi dolların qara bazarda da cüzi ucuzlaşmasmı baş verib. Hazırda qeyri-rəsmi bazarda 1 ABŞ dolları 1,78 manata alınır, 1,81 manata satılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272