BANK

«Paşa Bank» dollar satırmı? - AÇIQLAMA
05 SENTYABR
1352

«Paşa Bank» dollar satırmı? - AÇIQLAMA

2016-09-05 10:34:00

Azərbaycanın ən böyük korporativ bankı olan «Paşa Bank» müştərilərinə dollar satışı ilə bağlı məlumat açıqlayıb. Bankdan fins.az-a verilən məlumata görə, bank dolları yalnız öz müştərilərinə satır. Bir müştəriyə satılan valyutanın maksimum həcmi isə 500 dollar və onun ekvivalentinə bərabərdir. Qeyd edək ki, ötən həftənin sonunda bankdan bildirilmişdi ki, xarici valyuta satışı tamamilə dayandırılıb.

Bankın bu gün yayılan açıqlamasında isə belə deyilir: «Məlumat üçün bildiririk ki, valyuta mövqeyinin səmərəli idarə olunması məqsədilə Bankın apardığı xarici valyuta əməliyyatlarının şərtlərinə uyğun olaraq kassa vasitəsilə gündəlik 500 (beş yüz) ABŞ dolları və onun ekvivalentində olan valyuta həcmində nağd valyuta satışı əməliyyatları həyata keçirilir.

Eyni zamanda, bankın müştərilərinin ehtiyaclarını nəzərə alaraq, Bankın bütün kart hesablarından ATM, POS-Cash, Card-to-Card, 3D ödəniş (kart hesabından cari hesaba köçürmələr) vasitəsi ilə Azərbaycan manatı ilə 500 (beş yüz) ABŞ dolları ekvivalentində valyutanın alınması əməliyyatların həyata keçirilir.

Qeyd edək ki, bu qayda Bankın müştərilərinə (Bankda hesabı olan fiziki və hüquqi şəxslərə) tətbiq edilir».

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272