BANK

Fonddan "Kredobank"ın əmanətçilərinə - MÜRACİƏT
02 SENTYABR
437

Fonddan "Kredobank"ın əmanətçilərinə - MÜRACİƏT

2016-09-02 17:54:00

Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan "Kredobank" ASC-nin "Masallı" və "Göyçay" filiallarının əmanətçilərinin və borc öhdəliyi olan fiziki və hüquqi şəxslərinə müraciət edib.

Əmanətlərin Sığortalanması Fondundan bildiriblər ki, "Kredobank" ASC-nin Masallı şəhəri, M.Talışxanov küçəsində yerləşən filialı ləğv prosesində olan "Zaminbank" ASC-nin Masallı şəhəri, H.Əliyev prospekti 69 ünvanında yerləşən filialına, ləğv prosesində olan "Kredobank" ASC-nin Göyçay şəhəri, M.Hüseynzadə küçəsi 41 ünvanında yerləşən filialı isə ləğv prosesində olan "Zaminbank" ASC-nin Göyçay şəhəri, Z.Tağıyev küçəsi, 49 ünvanında yerləşən filialına köçürülüb.

Əmanətçilər əlavə məlumat üçün: www.adif.az saytı, 941 saylı qaynar xətt, 99412 596 65 91/92/93 nömrələri vasitəsilə əlaqə saxlaya bilərlər.

Mənbə: Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272