BANK

Bağlanan bankların əmanətçilərinə verilən kompensasiya – SON RƏQƏMLƏR
02 SENTYABR
305

Bağlanan bankların əmanətçilərinə verilən kompensasiya – SON RƏQƏMLƏR

2016-09-02 15:24:00

Əmanətlərin Sığortalanması Fondu tərəfindən 1 sentyabr 2016-cı il tarixində "Parabank" ASC-nin qorunan əmanətçilərinə 21 mln. 211 min manat, "Zaminbank" ASC-nin qorunan əmanətçilərinə 37 mln. 168 min manat, "Kredobank" ASC-nin qorunan əmanətçilərinə 15 mln. 931 min manat və "Dekabank" ASC-nin qorunan əmanətçilərinə isə 2 mln. 659 min manatdan artıq kompensasiya ödənilib. 

Fonddan Fins.az-a verilən məlumata görə, 4 bank üzrə ümumilikdə 76 mln. 969 min manatdan artıq kompensasiya verilib. 

1 sentyabr 2016-cı il tarixdə “Atrabank” ASC-nin qorunan əmanətçilərinə 9 mln. 371 min manat, "Qafqaz İnkişaf Bankı" ASC-nin qorunan əmanətçilərinə 1 mln. 419 min manatdan artıq kompensasiya ödənilib. 2 bank üzrə ümumilikdə 10 mln. 790 min manatdan artıq kompensasiya verilib. 

1 sentyabr 2016-cı il tarixdə "Bank of Azerbaijan" ASC-nin qorunan əmanətçilərinə 24 mln. 61 min, "Gəncəbank" ASC-nin qorunan əmanətçilərinə 895 min 554 manat, "Texnikabank" ASC-nin qorunan əmanətçilərinə isə 119 mln. 630 min manatdan artıq kompensasiya ödənilib. 3 bank üzrə ümumilikdə 144 mln. 586 min manatdan artıq kompensasiya ödənilib.

Ümumilikdə fond tərəfindən 9 bank üzrə 232 mln. 345 min manatdan artıq kompensasiya ödənilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274