BANK

Daha 2 bank dollar satışını dayandırıb – SİYAHI
02 SENTYABR
1271

Daha 2 bank dollar satışını dayandırıb – SİYAHI

2016-09-02 14:53:00

Daha 2 bank dollar satışını tamamilə dayandırıb. Söhbət “Azərbaycan Beynəlxalq Bankı” və “Unibank”dan gedir. Banklardan fins.az-a verilən məlumata görə,  bank rəhbərliyinin qərarına əsasən səhər saatlarından etibarən dollar satışı dayanıb.

Qeyd edək ki,  “Azərbaycan Beynəlxalq Bankı”  sentyabr ayının 1-də 200 dollar limitlə satış həyata keçirirdi. Eyni həcmdə limitlə avro satışı da reallaşdırılırdı.  “Unibank” isə ötən gün 100 dollar  limitlə satış edib. Fins.az-ın məlumatına görə, bununla da dollar satışını dayandırdığını açıqlayan bankların sayı rəsmən 25-ə çatıb. Digər bankların da dollar satdığını demək olmaz, çünki “indi yoxdur, axşam olacaq”, ya da “səhər vardı, satıb qutardıq”, deyə müştəriləri aldatmaq adi etik normaya çevrilib. 

Kommersiya

bankının adı

1

“AFB Bank”

2

“AGBank”

3

“Atabank”

4

“Azərbaycan Beynəlxalq Bankı” 

5

“Bank Avrasiya”

6

“Bank of Baku”

7

“Bank BTB”

8

“Bank Respublika”

9

“Bank Silk Vey”

10

“Bank Standard”

11

“Bank VTB (Azərbaycan)”

12

“Dəmirbank”

13

“Günaybank”

14

“Kapital Bank”

15

“Xalq Bank”

16

İran Milli Bankının Bakı filialı

17

“Muğanbank”

18

“Naxçıvanbank”

19

“NBC Bank”

20

“Nikoyl Bank”

21

Pakistan Milli Bankının Bakı filial  

22

“PAŞA Bank”

23

“Rabitəbank”

24

“Unibank”

25

“Yapı Kredi Bank (Azərbaycan)”

26

“Zıraat Bank (Azərbaycan)”

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274