“Azərbaycan Sənaye Bankı” müəyyən limitlərlə dollar satışını davam etdirir. Bu barədə fins.az-a bankdan bildirilib. Son bir neçə gündə xarici valyuta satışı bankda tamamilə dayandırılmasa da, tələb çox olduğundan bəzi vaxtlarda müştərilərə xidmət göstərmək mümkün olmayıb. Bank satış limitini açıqlamır: “Alışdan aslı olaraq hər bir filial üzrə limit fərqli təyin edilir. Xəzinədə olduğu halda dollar satırıq”. Bankdan bildirilib ki, eyni qayda avro satışına da tətbiq edilir.
Fins.az-ın məlumatına görə, sentyabr ayının 1-i üçün bankda dolların alış qiyməti 1.6320 manat, satış 1.6970 manatdır. Avronun alış məzənnəsi 1.7600 manat, satış 1.8930 manatdır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır