BANK

Daha 2 bank dollar limitini aşağı salıb
01 SENTYABR
978

Daha 2 bank dollar limitini aşağı salıb

2016-09-01 16:11:00

Sentyabr ayının 1-də daha iki bank dollar satışı ilə bağlı limiti aşağı salıb.  Fins.az-ın məlumatına görə, söhbət “Turanbank” və “Caspian Development Bank” dan gedir. “Caspian Development Bank” avqust ayının 31-də  dollar satışı üzrə limiti 500-ə kimi artırsa da,  bu gün yenidən 100 dollara kimi aşağı salıb. “Turanbank” isə limiti 300 dollardan 100 dollara endirib.

Eləcə də bax: Dollar satışını dayandıran bankların sayı 23-ə çatdı – SİYAHI 

Hər iki bankdan eyni məbləğdə avro da əldə etmək mümkündür. Banklardan fins.az-a verilən məlumata görə, dollar satışı alışa uyğun olaraq aparılır.Kassaya yığılan dolların məbləğinə uyğun olaraq satış limiti müəyyən edilir.  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275