BANK

Dollar satışını dayandıran bankların sayı 23-ə çatdı – SİYAHI
01 SENTYABR
1715

Dollar satışını dayandıran bankların sayı 23-ə çatdı – SİYAHI

2016-09-01 15:55:00

Sentyabr ayının birində daha 5 bank dollar satışını dayandırıb. Söhbət “Kapital Bank”, “PAŞA Bank”, “Rabitəbank”, “Yapı Kredi Bank (Azərbaycan)”, “Zıraat Bank (Azərbaycan)”və “Günaybank”dan gedir.  Fins.az-ın məlumatına görə, “Günaybank”, “Zıraat Bank (Azərbaycan)” və “Rabitəbank” avqustun 31-də satışlara 200 dollara kimi, “Kapital Bank” 100 dollara kimi limit qoymuşdu. “PAŞA Bank” isə yalnız müştərilərinə 5000 dollar limitlə satış həyata keçirirdi.  “Zıraat Bank (Azərbaycan)”dan isə fins.az-a bildirilib ki, səhər saatlarında 200 dollar limitlə satış  həyata keçirilib. Günorta saatlarında isə kassalarda dollar bitdiyindən satış dayandırılıb. Bank avro satışını isə davam etdirir. Bir nəfər üçün limit 200 avrodur.

Banklardan fins.az-a verilən məlumata görə, dollar satışı alışa uyğun olaraq aparılır.Kassada dollar olmadığı üçün satış da dayandırılıb. Bununla da ölkə də dollar satışını dayandıran bankların sayı 23-ə çatıb.

Fins.az həmin bankların siyahısını təqdim edir:

1

  “NBC Bank”

2

“AFB Bank”

3

“AGBank”

4

“Atabank”

5

“Bank Avrasiya”

6

“Bank Silk Vey”

7

“Bank Standard”

8

“Bank VTB (Azərbaycan)”

9

“Xalq Bank”

10

İran Milli Bankının Bakı filialı

11

“Muğanbank”

12

“Naxçıvanbank”

13

"BTB BANK"

14

“Nikoyl Bank”

15

“Dəmirbank”

16

“Bank Respublika”

17

Pakistan Milli Bankının Bakı filial

18

“Günaybank”

19

“Kapital Bank”

20

“PAŞA Bank”

21

“Rabitəbank”

22

“Yapı Kredi Bank (Azərbaycan)”

23

“Zıraat Bank (Azərbaycan)”

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272