BANK

"Qara bazar"da da dollara limit qoydular
01 SENTYABR
4828

"Qara bazar"da da dollara limit qoydular

2016-09-01 14:44:00

Bankların ardınca "qara bazar"da da dolların satışına limit qoyulub. Fins.az-ın əldə etdiyi məlumatlara görə, hazırda Bakıda "qara bazar"da 1000 dollardan artıq valyura satmırlar.

Onların xidmətindən istifadə edən vətəndaşlar həmin məbləğdən artıq dollar ala bilmirlər. Eyni zamanda dolların "qara bazar"da alış-satış qiyməti də bu gün artıb. 1 dolların satış kursu 1.76 manatdır. Alış qiyməti isə 1.75 manat müəyyən edilib.

Dollar satışı ilə məşğul olanların sırası da daralır və onlar ancaq etibar etdikləri, tanıdıqları şəxslərlə "bazarlıq" edirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275