BANK

Azərbaycan BOKT-u kapitalını artırır
01 SENTYABR 2016
572

Azərbaycan BOKT-u kapitalını artırır

2016-09-01 12:56:00

Maliyyə Bazarlarına Nəzarət Palatası "Pro Kredit" bank olmayan kredit təşkilatının (BOKT) səhm emissiyasını qeydə alıb. Bu barədə Palatadan bildirilib.

Məlumata görə, emissiya hər birinin nominal dəyəri 1 000 manat olan 200 səhmin dövriyyəyə buraxılmasını nəzərdə tutur. Səhmlər qapalı üsulla yerləşdiriləcək. Emissiya baş tutarsa, BOKT-un nizamnamə kapitalı 200 min manat və ya təxminən 67% artaraq 500 min manata çatacaq.

Xatırladaq ki, "Pro Kredit" ASC 2011-ci ildə yaradılıb. Hazırda onun nizamnamə kapitalı 300 min manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 1 000 manat olan 300 səhm əsasında formalaşıb. Səhmlər 100% Emil Məhəbbət oğlu Məmmədova məxsusdur.

Mənbə: Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+17°C
  • $ USD
    1.7021
  • € EUR
    1.9029
  • ₽ RUB
    0.0302