BANK

Azərbaycanlı "Bank VTB"-nin Müşahidə Şurasından uzaqlaşdırılıb
31 AVQUST
639

Azərbaycanlı "Bank VTB"-nin Müşahidə Şurasından uzaqlaşdırılıb

2016-08-31 18:38:00

“Bank VTB” (Azərbaycan) ASC-nin rəhbərliyində dəyişiklik olub.  Bankdan verilən məlumata görə, Müşahidə Şurasının üzvü Bayram Vəliyev vəzifəsindən kənarlaşdırılıb. Onun yerinə Dmitri Popov təyin edilib.

Bununla, Müşahidə Şurasında təmsil olunan azərbaycanlıların sayı azalıb. Hazırda Müşahidə Şurasında üç Rusiya vətəndaşı – Vasili Titov, Sergey Tsaryev, Dmitri Popov, iki Azərbaycan vətəndaşı - Rəşad Rəsullu və Müseyib Əliyev təmsil olunur.

Qeyd edık ki, bu ilin mart ayına qədər bankın Müşahidə Şurasında üç Rusiya vətəndaşı – Vasili Titov, Sergey Tsaryev, Anna Skrınçenko və 3 Azərbaycan vətəndaşı - Vüqar İsmayılov, Bayram Vəliyev, Rəşad Rəsullu, Müseyib Əliyev  və Bayram Vəliyev olmaqla, ümumilikdə 7 nəfər olub. 

V. İsmayılov bu ilin martında işdən çıxıb. Bununla, Müşahidə Şurasında təmsil olunanların sayı 7-dən 6-ya enib. A. Skrınçenko iyunda işdən çıxdıqdan sonra Müşahidə Şurasının üzvlərinin sayı 5 nəfərdən ibarət olub.       

Hazırda bankın İdarə Heyətində üç Rusiya vətəndaşı – Yuri Yakovlev, Vadim Zinovyev, eləcə də miliyyətcə rus olan İqor Okayev təmsil olunur. 2016-cı ilin ortalarınadək bankın İdarə Heyətində Yuri Yakovlevlə yanaşı, Tural Vəliyev və İlqar Novruzov təmsil olunub. İ. Novruzov bu ilin iyununda, T. Vəliyev iyulda bankın İdarə Heyətinin üzvlüyündən çıxıb. İ. Novruzovun yerinə İ. Okayev, T. Vəliyevin yerinə isə Vadim Zinovyev təyin ediliblər.

 Mənbə: APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275