BANK

9 bankın qorunan əmanətçilərinə verilən kompensasiya açıqlandı
31 AVQUST
312

9 bankın qorunan əmanətçilərinə verilən kompensasiya açıqlandı

2016-08-31 15:37:00

Əmanətlərin Sığortalanması Fondu (ADİF) tərəfindən 30 avqust 2016-cı il tarixdə “Parabank” ASC-nin qorunan əmanətçilərinə 21 mln. 181 min manat, “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə 37 mln. 112 min manat, “Kredobank” ASC-nin qorunan əmanətçilərinə  11 mln. 948 min manat və “Dekabank” ASC-nin qorunan əmanətçilərinə isə 2 mln. 659 min manatdan artıq kompensasiya ödənilib. 4 bank üzrə ümumilikdə 72 mln. 902 min manatdan artıq kompensasiya ödənilib.

Fonddan Fins.az-a verilən məlumata görə, 30 avqust 2016-cı il tarixdə “Atrabank” ASC-nin qorunan əmanətçilərinə 7 mln. 350 min manat, “Qafqaz İnkişaf Bankı” ASC-nin qorunan əmanətçilərinə 1 mln. 231 min manatdan artıq kompensasiya ödənilib. 2 bank üzrə ümumilikdə 8 mln. 581 min manatdan artıq kompensasiya ödənilib. 

30 avqust 2016-cı il tarixdə “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə 24 mln. 61 min, “Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə 895 min 554 min manat, “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə isə 119  mln. 604 min manatdan artıq kompensasiya ödənilib. 3 bank üzrə ümumilikdə 144 mln. 560 min manatdan artıq kompensasiya ödənilib.

Ümumilikdə Fond tərəfindən 9 bank üzrə 226 mln. 43 min manatdan artıq kompensasiya ödənilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275