BANK

“Bank of Baku” dollar limitini aşağı saldı
31 AVQUST
1214

“Bank of Baku” dollar limitini aşağı saldı

2016-08-31 14:54:00

“Bank of Baku” dollar satışı ilə bağlı limiti aşağı salıb. Bu barədə fins.az-a bankdan bildirilib. Avqustun 30-da  bankda bir nəfər üçün limit 300  dollar təşkil edirdi. Bu  gün isə limit 100 dollara kimi aşağı salınıb. Bundan əlavə, manatla bankdan yalnız 100 avro almaq olar. Dollar ödəməklə avro alışında isə limit yoxdur.

Qeyd edək ki, bankın bu günkü məzənnəsinə əsasən dolların alışı 1.6930 manat, satışı 1.6970 manat təşkil edir. Avro alışı 1.7490 manat, satışı 1.8930 məzənnəsi ilə aparılır.  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272