BANK

Dollar dəyişmək üçün – ƏN SƏRFƏLİ BANKLAR
31 AVQUST
731

Dollar dəyişmək üçün – ƏN SƏRFƏLİ BANKLAR

2016-08-31 14:09:00

Azərbaycan bankları arasında ABŞ dollarını ən yüksək qiymətlə alan bank  “PAŞA Bank”, “Nikoyl Bank”dır.

Fins.az xəbər verir ki, “PAŞA Bank”da Amerika valyutası 1.6965 manata, “Nikoyl Bank”da  isə 1.6950 manata alınır.

Dollar qiymətləri 

Dolları ən aşağı qiymətə alan bank isə “Yapı Kredi Bank” dır. Bu bankda alış qiyməti 1.5670 manatdır. ABŞ dollarının ən aşağı satış qiyməti isə “Naxçıvanbank” və “Xalq Bank”dadır. Bu bank dolları 1.6940  manata satır. Dolların ən yüksək satış qiyməti isə “AGBank” və “Azərbaycan Beynəlxalq Bankı”ndadır. Bu banklar dolları 1.6974 manata satır. 

Avro qiymətləri 

Avronu ən baha “PAŞA Bank”alır–1.8820 manat. Avronun ən ucuz götürüldüyü bank “Yapı Kredi Bank (Azərbaycan)”dır-1.7482 manat. Avronu ən ucuz “Xalq Bank”satır-1.8846 manat. Avronun ən baha satış qiyməti 1.8937 manat təşkil edir. Bankların böyük hissəsi satışı bu məzənnə ilə aparır.  

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275