BANK

İsrail şirkəti Azərbaycan bankını məhkəməyə verib
31 AVQUST
730

İsrail şirkəti Azərbaycan bankını məhkəməyə verib

2016-08-31 12:21:00

İsrailin "B.S.D Crown Ltd." mobil texnologiyalar və proqram təminatı şirkəti Azərbaycan Beynəlxalq Bankı (ABB) və "İsrael 18" şirkətinə qarşı məhkəmə iddiası qaldırıb. "LSE.co.uk" saytının verdiyi xəbərə görə, iddia Tel-Əviv Dairə Məhkəməsində irəli sürülüb. İddiada "B.S.D Crown Ltd." şirkəti ABB və "İsrael 18" şirkətindən 13,1 mln. ABŞ dolları həcmində vəsaiti geri istəyib.

Xatırladaq ki, bu gün məhkəmənin müvəqqəti qərarının açıqlanması gözlənilir.

Qeyd edək ki, "B.S.D Crown Ltd." şirkəti ABB-nin ümumilikdə ona 13,6 mln. dollar borcunun olduğu və bu məbləğin depozit kimi ABB-də yerləşdirdiyi bildirilir. Şirkət depozitin repatriasiyasını (geri çəkmək) tələb etdikdə isə ABB-nin 2017-ci ilin mayına qədər vəsaiti faizi ilə birlikdə 500 min dollar aylıq ödəmə şəklində həyata keçirməyi təklif edib. "B.S.D. Crown Ltd." ABB-nin əsas səhmdarının dövlət olduğunu və dövlətin dəstəyini nəzərə alaraq təklifi qəbul edib. Buna baxmayaraq, ABB yalnız iyulun 20-də 250 min dollarlıq ödəmə həyata keçirib.

Avqustun 3-də ABB qalan 13,1 mln. dolların 2013-cü ildən etibarən "İsrael 18" şirkəti tərəfindən götürülmüş kreditə təminat kimi istifadə olunduğunu açıqlayıb. "B.S.D. Crown Ltd." şirkəti isə öz növbəsində bu qərarın ondan xəbərsiz qəbul olunduğunu bəyan edib.

Eləcə də bax: 4 %-lik marjaya riayət edin – PALATADAN XƏBƏRDARLIQ

Eləcə də bax: Bu bankları əcnəbilər idarə edir

 

 

Mənbə: Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272