BANK

AYİB “MilliKart”daki payını satdı
31 AVQUST
262

AYİB “MilliKart”daki payını satdı

2016-08-31 09:43:00

“MilliKart” MMC-nin payçıları strukturunda dəyişikliklər baş verib. Belə ki, Avropa Yenidənqurma və İnkişaf Bankına məxsus iştirak payları “Urbis Holding İnc.” şirkəti tərəfindən əldə edilib.

Qurumdan Fins.az-a verilən xəbərə görə, həmçinin, Şirkətin səlahiyyətli nümayəndisi Söhrab Fərhadov “MilliKart” MMC-nin Direktorlar Şürasının üzvü seçilib. “Urbis Holding İnc.” 1997-ci ildən etibarən ictimai əlaqələrin idarə edilməsi və kommunkiasiya xidmətləri, marketinq və brendinq menecmenti, dövlət əhəmiyyətli tədbirlərin təşkili və keçirilməsi, mətbuatla əlaqələr, hər növ reklam xidmətlərinin təmin edilməsi, vebsaytların və sosial şəbəkələrdəki səhifələrin, sosial media üzrə strategiyaların, onlayn proqramların tərtib olunması, idarə edilməsi, yoxlanılması və analizi kimi sahələrdə fəaliyyət göstərən şirkətdir.

Hazırda “MilliKart” MMC-nin mövcud payçılarının tərkibi aşağıdakı kimidir: “Dəmirbank” ASC, “Azərbaycan Sənaye Bankı” ASC, “Bank Respublika” ASC, “Parabank” ASC, “Urbis Holding İnc.”, “Atabank” ASC, “Bank Technique” ASC, “Unibank KB, ASC, “Amrahbank” ASC, “Bank Standard KB” QSC, “Kredobank” ASC, “Azər-Türk Bank” ASC, “Rabitabank” ASC, “Turanbank” ASC, “Debütbank KB” ASC, “Bank of Baku” ASC, “Xalqbank” ASC, “Accessbank” QSC, “Zaminbank” ASC.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272