BANK

Hansı bankdan nə qədər dollar almaq olar? – MƏBLƏĞLƏR
30 AVQUST
10411

Hansı bankdan nə qədər dollar almaq olar? – MƏBLƏĞLƏR

2016-08-30 15:57:00

Bankların dolların satışı ilə bağlı məhdudiyyəti davam edir. Fins.az-ın məlumatına görə, bəzi banklar dollar və avro satışını tamamilə dayandırsalar da, bəziləri müəyyən limit daxilində və ya yalnız öz müştərilərinə dollar satışını davam etdirir. Ümumilikdə banklarda bir nəfər üçün dollar satışına qoyulan limit 100-500 dollar təşkil edir.

8 bank 100 dollar/avro satır

Dollar satan 18 bankdan 8-də günlük satış limiti 100 dollar/avro təşkil edir. “Rabitəbank”, “Zıraat Bank (Azərbaycan)” bir nəfərə gün ərzində 200 dollar və ya 200 avro satır.

“Bank of Baku”dan 300 dollar, 200 avro limiti

“Bank of Baku”dan  nisbətən daha çox xarici valyuta əldə etmək olar. Bu bankda günlük limit 300 dollar  və  200 avro təşkil edir.

Bu bank 500 manatlıq xarici valyuta təklif edir

“Azərbaycan Beynəlxalq Bankı” isə gün ərzində bir dəfə şəxsiyyət vəsiqəsi ilə 500 manat ekvivalentində dollar və avro satır.

Bəzi banklar  günlük olaraq alınan xarici valyutanın həcminə uyğun olaraq satış limitini müəyyən edirlər. Pakistan Milli Bankının Bakı filialından fins.az-a verilən məlumata görə, alışdan asılı olaraq bir nəfər üçün maksimum 500 dollara qədər satış olur. Avro isə ümumiyyətlə  satılmır. “Caspian Development Bank” da gün ərzində bir nəfərə 500 dollar satır. 

2 bank dollar satsa da, limiti açıqlamır

Bankların bir qismi dollar satışını həyata keçirsələr də, amma limiti açıqlamaqdan imtina edirlər. “Azərbaycan Sənaye Bankı” və “Azər-Türk Bank” dollar və avro satışını həyata keçirdiklərini desələr də, limiti açıqlamayıblar.

Ən çox dollar satan bank – 5 min dollar

Ən çox dollar və avro satan bank  “PAŞA Bank”dır. Bankdan fins.az-a verilən məlumata görə, günlük xarici valyuta satışında limit 5 min dollar/avro təşkil edir. Amma bu məbləğ xarici valyuta bankın müştərilərinə satılır. 

Kommersiya

bankının adı

ABŞ dolları

Avro

Satış

1

“Accessbank”

  100

 100

2

“Amrahbank”

200

  100

3

“Azərbaycan Beynəlxalq Bankı”

500  AZN

 500 AZN

4

“Azərbaycan Sənaye Bankı”

 

açıqlanmır

 

 

5

“Azər-Türk Bank”

açıqlanmır

 

6

“Bank of Baku”

300

200 dollar 

7

“Bank Respublika”

100

100 dollar

8

“Caspian Development Bank”

500

500

9

“Dəmirbank”

100

 100

10

“Expressbank”

100

  100

11

“Kapital Bank”

100

  100

12

Pakistan Milli Bankının Bakı filialı

500

-

13

“PAŞA Bank”

 5 000 (Müştəriləri)

5000(müştərilərinə)

14

“Rabitəbank”

200

 200

15

“Turanbank”

100

 100

16

“Unibank”

100

 100

17

“Yapı Kredi Bank (Azərbaycan)”

100

 100

18

“Zıraat Bank (Azərbaycan)”

200

 200

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274