BANK

Banklar məzənnəni təyin etmə saatını dəyişdilər
29 AVQUST
10757

Banklar məzənnəni təyin etmə saatını dəyişdilər

2016-08-29 12:34:00

Dolların manata nəzərən məzənnəsinin güclənməsi və dollara tələbatın artması  nəticəsində yaranan valyuta qıtlığı kommersiya banklarının günün məzənnəsini təyin etmə saatını dəyişdirməsinə gətirib çıxarıb.

Fins.az xəbər verir ki, son bir aya qədər valyuta məzənnələrini səhər 10:00-da təyin edən kommersiya bankları artıq 11:00 –da dollar və ya avronu hansı məzənnə ilə alıb-satacaqlarını dəqiqləşdirirlər.

Sorğular göstərir ki, banklar dolların satış məzənnəsində də bir-birlərini izləməyə başlayıblar. Belə ki, bu gün bankların əksəriyyəti dolların satış məzənnəsini 1.6930 manat müəyyən ediblər. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274