BANK

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
29 AVQUST
275

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

2016-08-29 11:29:00

İnvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib. 

EUR 

Dünya maliyyə bazarlarında FED-in faiz artımı gözləntilərinin yenidən artması dolların bahalaşmasına təsir etməklə, EUR/USD cütlüyünə də təzyiq olur. Artıq keçən həftə 1.11$-a kimi ucuzlaşan qiymət əlavə olaraq 1.10$-a kimi də ucuzlaşa bilər. Lakin InvestAZ analitikləri uzun müddətli perspektivdə qiymətin yenidən 1.14$-a kimi bahalaşa biləcəyini proqnozlaşdırır. 

GBP 

Böyük Britaniya funt sterlinqi avqust ayının ortalarından etibarən iqtisadiyyatı ilə bağlı açıqlanan müsbət statistik göstəricilər fonunda bahalaşmağa başlamışdır. Artıq 1.32$-a kimi bahalaşan GBP/USD cütlüyü üzrə qiymət keçən həftədən etibarən dünya birjalarında dollara müvəqqəti marağın artması ilə yenidən 1.31$-a kimi ucuzlaşıb. Lakin ucuzlaşma funtu almaq istəyən investorlar üçün daha əlverişli imkanlar yaradır və uzun müddətli perspektivdə qiymətin yenidən 1.35 və 1.37$-a kimi dəyər qazana biləcəyi gözlənilir. 

TRY 

ABŞ dollarının türk lirəsinə nisbətən (USD/TRY-nin) qiyməti isə bahalaşmağa başlayıb. Cümə günü Amerikada baş tutan Djekson Xoul simpoziumu fonunda isə dünya birjalarında dollar qiymətinin bahalaşması daha da sürətlənib. Lakin InvestAZ analitikləri bahalaşmanı 2.98 TL-ə kimi davam etməsi ilə yanaşı, müvəqqəti xarakter daşıdığını da ehtimal edirlər. 

OIL 

Enerji bazarlarında Avropanın “Brent” markalı neftinin bir barel qiyməti 51$-a kimi bahalaşdıqdan sonra 50$-a kimi qismən korreksiya edib. Ümumiyyətlə 53$ səviyyəsi son 9 ayın maksimum səviyyəsi sayıldığından önəmlidir. Bu səbəblə, “Brent”in qiyməti 53$-ın üzərində möhkəmlənməkdə bir müddət çətinlik çəkə bilər. 

GOLD 

İyul ayının ortalarında unsiyası 1375$-a (44.1$/qram) ticarət olunan qızılın bir unsiya qiyməti avqust ayında artıq 1317$-a (42.2$/qram) düşüb. Qızıl qiymətlərinin texniki mənzərəsi təhlil edilərkən qiymətlərin əlavə olaraq, 1310$ (42.0$/qram) və 1302$-a (41.7$/qram) kimi ucuzlaşa biləcəyi görünür. 

Risk bildirişi. 

Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İnvest-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.

Mənbə: İnvest.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271