BANK

Azərbaycanda ediləcək ən böyük səhv - DOLLAR ALMAQ
27 AVQUST
12949

Azərbaycanda ediləcək ən böyük səhv - DOLLAR ALMAQ

2016-08-27 12:21:00

Azərbaycan manatının vəziyyətinə toxunan Türkiyənin məşhur iqtisadi portallarından biri belə bir başlıqla çıxış edib. Fins.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, qartopu kimi böyüyən devalvasiya riski AZərbaycan banklarında durğunluğu artırıb. S&P açıqlamalarına görə, dollarla ifadə olan vəsaitlər artıq 80% səviyyəsinə yüksəlib. Neftin ucuzlaşması nəticəsində ölkənin gəlirlərinin azalması fonunda Azərbaycan manatının Tacikistan somonisindən sonra ən pis performans göstərən ikinci valyuta olduğu bildirilir.

Eləcə də bax: Türkiyədə "Exchance"lər manatı dəyişməkdən imtina etdilər

Eləcədə bax: Manatla kartlardan dolların çıxarılması dayandırıldı – AÇIQLAMA

Eləcə də bax: Banklar dolların satış məzənnəsini təyin edə bilmirlər

Məlumatda Mərkəzi Bankın neft qiymətlərinin düşməsiylə əlaqədar manatı dəstəkləmək siyasəti fonunda rezervlərinin üçtə ikisini əritdiyi qeyd olunur. Bloomberg'ə istinad edən saytlar son günlərdə yenidən güclənən dollar tələbinin ardından banklarda mübadilə vəziyyətinin gərginləşdiyini bildirirlər. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275