BANK

AYİB-in Azərbaycan üzrə yeni ölkə meneceri 3 il müddətinə təyin olunub
26 AVQUST
153

AYİB-in Azərbaycan üzrə yeni ölkə meneceri 3 il müddətinə təyin olunub

2016-08-26 15:44:00

Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Azərbaycan üzrə yeni ölkə meneceri İvana Duartenin rəsmi işə başlayacağı tarix məlum olub.EBRD-nin Azərbaycandakı nümayəndəliyinin yeni rəhbərinin 3 il müddətində bu vəzifəni icra edəcəyi planlaşdırılır, amma bu müddətin uzadılması da mümkündür.

Məlumata görə, İ.Duarte rəsmi olaraq öz vəzifəsinin icrasına oktyabrın 15-də başlayacaq.

Xatırladaq ki, EBRD-nin Azərbaycandakı nümayəndəliyinin keçmiş rəhbəri Nil Makkeyn (Neil McCain) ötən ay işdən çıxıb və Bankın Bişkekdəki (Qırğızıstan) ofisinin direktoru təyin edilib.

Qeyd edək ki, İ.Duarte 2004-cü ilin aprelindən EBRD-də işləyir. Bankın nəqliyyat layihələri üzrə rəsmisi kimi İ.Duarte Almaniya, Qazaxıstan, Macarıstan, Polşa, Slovakiya, Rusiya, Türkiyə və Tacikistanda bir sıra layihələrin reallaşdırılmasında çalışıb. Hazırda o, EBRD-nin rəsmisi kimi Mərkəzi Avropa, Türkiyə, İordaniya və Mərakeşdəki nəqliyyat layihələrinə nəzarət edir.

İ.Duarte EBRD-dən öncə bir müddət “Citigroup”un London ofisində investisiya bankçılığı və layihə maliyyələşməsi üzrə məsələlərlə məşğul olub.

Eləcə də bax: Marja 8%-ə qalxmasa devalvasiya olacaq – PROQNOZ

Eləcə də bax: Banklar filiallarda niyə fərqli məzənnə tətbiq edir?

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274