BANK

Azərbaycanın ilk kredit bürosunun kapitalında iştirak payları – TƏSDİQLƏNDİ
26 AVQUST
486

Azərbaycanın ilk kredit bürosunun kapitalında iştirak payları – TƏSDİQLƏNDİ

2016-08-26 15:38:00
Azərbaycan və Mərkəzi Asiyanın maliyyə bazarlarının infrastrukturu üzrə IFC layihəsinin nümayəndəsi Teymur Heybətovun sözlərinə görə, məsləhətləşmə prosesində büronun yaradılması üzrə icraçı komitə ilə onun seçdiyi operator Creditinfo arasında razılığa gəlinib ki, kredit bürosu 2,2 milyon avro kapitalla yaranacaq.
 
«Bununla yanaşı, kapital dərhal deyil, mərhələli şəkildə ödənilə bilər və bu, normal işgüzar praktikadır. Həmçinin razılaşdırılıb ki, kapitalda 51 faiz iştirak hüququna Creditinfo, qalan 49% -ə isə yerli təsisçilər nail olacaq.  Hər bir yerli iştirakçının payı isə ilk növbədə onların sayından asılı olacaq", - deyə Heybətov bildirib. 
 
Hələlik icraçı komitəyə Azərbaycannın 14 tanınmış maliyyə təsisatı daxildir. Bunlardan 12-si banklar, 2-si isə bank olmayan kredit təşkilatıdır. BOKT-lar arasında Finca Azərbaycan, Azercredit var. Banklar üzrə təmsilçilik isə daha genişdir: Accessbank, Azərbaycan Sənaye Bankı (ASB Bank),  AGBank, Bank Respublika, DəmirBank, Kapital Bank, Muğan Bank, PASHA Bank, Turan Bank, Yapı Kredi Bank Azərbaycan, UniBank, Bank of Baku.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272