BANK

Marja 8%-ə qalxmasa devalvasiya olacaq – PROQNOZ
26 AVQUST
3705

Marja 8%-ə qalxmasa devalvasiya olacaq – PROQNOZ

2016-08-26 14:13:00

“Mərkəzi Bank 4%-lik marjanı qısamüddətli olsa da artırmalıdır”. Bunu Fins.az-a açıqlamasında iqtisadçı-ekspert Samir Əliyev bildirdi. Onun sözlərinə görə, hazırda Mərkəzi Bank tərəfindən tətbiq edilən 4 faizlik marja bankların yüksək qiymətə dollar satışına imkan vermir. Nəticədə dolları baha satmaq istəyən banklar valyutanı “qara bazara” ötürürlər.

S.Əliyev bildirdi ki, hələ də valyuta bazarında dollara tələbat yüksəkdir: “Təzyiq davamlı olarsa Mərkəzi Bank tələbatı azaltmaq üçün növbəti devalvasiyaya gedə bilər”.

Ekspert devalvasiyadan qaçmaq üçün hazırkı şəraitdə qısamüddətli olaraq marjanın 2 dəfəyədək qaldırılmasını - 8 faizə çatdırılmasını təklif edir: “Bu addım “qara bazar”a dollar axınını müəyyən qədər azalda bilər. Lakin marjanı yüksəltməklə paralel “qara bazar” da sıradan çıxarılmalıdır. Bundan əlavə, hərraca çıxarılan dollar təklifinin məbləği 50 milyon dollardan 200 milyon dollara qədər yüksəldilməlidir. Ən azı yaxın bir neçə hərracda təklif artırılmalıdır. Bu halda valyuta bazarında sabitlik yaratmaq olar. İstənilən halda bu sabitlik qısamüddətli olacaq. Uzunmüddətli sabitlik üçün iqtisadiyyatda dollarlaşma səviyyəsi aşağı salınmalıdır”. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272