BANK

Manatla kartlardan dolların çıxarılması dayandırıldı – AÇIQLAMA
26 AVQUST
3271

Manatla kartlardan dolların çıxarılması dayandırıldı – AÇIQLAMA

2016-08-26 11:08:00

Bəzi banklar artıq dollar satışına qeyri-rəsmi limit tətbiq edirlər. Fins.az-ın bank dairələrindən əldə etdiyi məlumatlara əsasən, banklar 100 dollardan artıq satmırlar.

Eyni zamanda banklarda manatla olan kartlardan ABŞ  valyutasını  mübadilə etməyə də qadağalar tətbiq edilir. Artıq “Bank Respublika” sabahdan manatın dollara konvertasiyasının dayandırıması ilə bağlı müştərilərinə xəbərdarlıq mesajları göndərib. Bankdan verilən xəbərə görə, bu, bəzi müştərilərin mübadilə  üsullarından sui-istifadə etməsinin qarşısını almaq məqsədi daşıyır. 

Eləcə də bax: Banklar dolların satış məzənnəsini təyin edə bilmirlər

 

“26.08.2016  tarixindən etibarən “Bank Respublika”-nın kartları vasitəsi ilə milli valyutanın xarici valyutaya mübadiləsi baş verən bütün ölkədaxili əməliyyatlarının keçirilməsi dayandırılacaq. Bankın təklif etdiyi sərfəli mübadilə tariflərindən bəzi müştərilər tərəfindən sui-istifadə halların davam etməsini nəzərə alaraq bu addım atılıb”.

Qeyd edək ki, “Bank Respublika” plastik kart xidmətlərindən xaricdə istifadə edən müştərilərin əməliyyatlarını normal qaydada icra olunmasını təmin etmək məqsədilə yeni limit tədbiq edib. Həmin əməliyyatlar bunlardır:

- AZN valyutalı kartlardan xarici valyutada Card to Card əməliyyatları;

-Xarici valyutalı kartlardan AZN valyutasında mədaxil əməliyyatları (Cash in, Cash to Card, POS-Credit);

- AZN valyutalı kartlardan xarici valyutada məxaric əməliyyatları (ATM, POS-Cash, Cash by Code);

-AZN valyutalı kartlardan xarici valyutada Card to Account əməliyyatları;

-Digər bankların kartlarından “Bank Respublika”-nın xarici valyutada olan kartına AZN ilə köçürmə əməliyyatları (Card to Card);

Bankda limit və tariflər üzrə yeni dəyişiklərin olacağı da istisna edilmir.

Xatırladaq ki, bir  neçə gün öncə banklar manatla  kartlardan xarici valyuta konvertasiyası haqlarını 4 faizədək artırdı. Görünür bu da əhalinin banklardan dollar almasının  qarşısını ala bilməyib. Ona görə də artıq   valyuta mübadiləsi dayandırılıb. Ekspertlər də hesab edilər ki, bu, bankların dollar satışını dayandırmasında növbəti addımdır.

Onu da deyək ki, banklar manatla kartlardan dolların mübadiləsi üçün vaxt məhdudiyyəti də tətbiq edirlər. Belə ki, müştərilər gün ərzində ancaq həmin saatlarda əməliyyat apara bilərlər. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274