BANK

ABB-nin sabiq departament direktoru "AFB Bank"a gətirilib
24 AVQUST
582

ABB-nin sabiq departament direktoru "AFB Bank"a gətirilib

2016-08-24 14:43:00

"AFB Bank" ASC-nin yeni yaradılmış Xəzinədarlıq Departamentinə direktor təyin edilib. Bu vəzifəyə Behnam Qurbanzadə gətirilib.

B.Qurbanzadə vaxtı ilə "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin İslam bankçılığı Departamentinin direktoru olub. 

Xatırladaq ki, "AFB Bank" 2008-ci ildə "Azfinansbank" adı ilə fəaliyyətə başlayıb, 2009-cu ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 70 393 455 manatdır. Bu məbləğ hər birinin nominal qiyməti 1 265 manat olan 55 647 səhm əsasında formalaşıb. Səhmlərin 99,64%-i "Gilan" MMC-yə, 0,18%-i Tahir Cəmil oğlu Muradova (Bankın daxil olduğu "Gilan Holding" MMC-nin İdarə Heyətinin sədri), 0,18%-i isə Həsən Əkbər oğlu Abdullayevə məxsusdur.

 

Mənbə: Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275