BANK

ABŞ şirkəti Azərbaycan bazarına daxil olacaq
24 AVQUST
369

ABŞ şirkəti Azərbaycan bazarına daxil olacaq

2016-08-24 14:16:00

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu ilə (AZPROMO) ABŞ-ın "MRC Global" şirkəti arasında qarşılıqlı əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.

AZPROMO-dan bildiriblər ki, sənəd Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunda sənayenin müxtəlif sahələrində fəaliyyət göstərən "MRC Global" şirkətinin nümayəndələri ilə keçirilən görüşdə imzalanıb.

Görüşdə ölkəmizin biznes və investisiya mühiti, tranzit imkanları barədə geniş məlumat verilib. Həmçinin "MRC Global" şirkətinin Azərbaycan bazarına daxil olması məsələləri müzakirə olunub.

Mənbə: Marja

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275