BANK

Daha bir bank manat konvertasiyası üzrə faizləri qaldırdı
24 AVQUST
1261

Daha bir bank manat konvertasiyası üzrə faizləri qaldırdı

2016-08-24 10:40:00

"Expressbank" ASC müştərilərinə müraciət edib. Bu barədə məlumatı bankdan veriblər.

Məlumata görə, müraciətdə bildirilir ki, avqustun 25-dən "Expressbank"ın manat kartları üzrə konvertasiya əməliyyatları 4% komissiya ilə yerinə yetiriləcək. İndiyə qədər konvertasiya haqqı 2% olub. 

Əvəzində Bank valyuta kartları üzrə konvertasiya komissiyasını (2%) ləğv edib. Bundan sonra, bu növ konvertasiya əməliyyatları Mərkəzi Bankın cari məzənnəsi ilə yerinə yetiriləcək.

Xatırladaq ki, "Expressbank" 1989-cu ildə "Azərnəqliyyatbank" adı ilə fəaliyyətə başlayıb, 2010-cu ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 137 256 651 manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 368,69 manat olan 372 282 səhm əsasında formalaşıb. Səhmlərin 25%-i Hikmət Xammədova, 17%-i Hafiz Seyidova, qalan 58%-i isə iki hüquqi şəxsə məxsusdur.

Eləcə də bax: Bankların problemli kreditləri və ehtiyatları üzrə renkinqi (top5)

 

Mənbə: Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272