BANK

ABA: Bankların faizləri bir qədər artırması mümkündür
23 AVQUST
201

ABA: Bankların faizləri bir qədər artırması mümkündür

2016-08-23 09:43:00

Azərbaycanda fəaliyyət göstərən kommersiya bankları vaxtilə onlara tövsiyə edilmiş faiz hədlərinə əməl etməyə çalışır. Bunu  Azərbaycan Banklar Assosiasiyasının (ABA) sədri Zakir Nuriyev deyib.

Xatırladaq ki, 2015-ci ilin ortalarında ölkədə fəaliyyət göstərən kommersiya banklarına istehlak kreditlərinin illik faiz dərəcəsinin (FİFD) 29%-i, biznes kreditlərinin illik faiz dərəcəsinin isə 25%-i keçməməsi, kreditlərə görə tutulan komisyon haqqının isə 1%-dən çox olmaması tövsiyə edilib. Banklar uzun müddət bu tövsiyəyə əməl edib.

Eləcə də bax: Bugün iki şirkətin lisenziyası ləğv oluna bilər

Son vaxtlar isə bəzi banklarda kreditlərin 30-36%-lə verilməsi, komisyon haqqının 2%-ə çatması müşahidə edilir. Z.Nuriyev hesab edir ki, bu cür vəziyyətin yaranması son aylar Azərbaycan manatının məzənnəsinin zəifləməsi ilə bağlıdır.

"Mümkündür ki, banklar məzənnə risklərindən qorunmaq üçün faizləri bir qədər artırsın, çünki bunu valyuta bazarındakı vəziyyət tələb edir. Amma əksər kredit təşkilatları bacardıqca tövsiyə edilmiş faiz hədlərindən kənara çıxmamağa çalışır", - deyə ABA rəhbəri qeyd edib. 

Eləcə də bax: Mərkəzi Bank: Devalvasiya barədə şayiələr əsassızdır

 

Mənbə: Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275