BANK

Mərkəzi Bank: Devalvasiya barədə şayiələr əsassızdır
23 AVQUST
429

Mərkəzi Bank: Devalvasiya barədə şayiələr əsassızdır

2016-08-23 00:17:00

Hazırda Dövlət Neft Fondu Mərkəzi Bankın təşkil etdiyi hərraclarda valyuta satışları həyata keçirir və bu satışlar davam etdiriləcək.

Fins.az xəbər verir ki, “APA-Economics”in sorğusuna cavab olaraq Azərbaycan Mərkəzi Bankından belə bildirilib.

“Devalvasiya ilə bağlı şayiələr əsassızdır. Belə ki, manatın məzənnəsi mövcud məzənnə rejiminə uyğun olaraq valyuta bazarında tələb və təklifdən asılı olaraq formalaşır”, - deyə məlumatda vurğulanıb.

Mərkəzi Bankdan bildirilib ki, valyuta satışı hərraclarının keçirilmədiyi günlərdə banklararası valyuta bazarı fəaliyyət göstərir və banklar valyuta tələblərini bu bazar vasitəsilə ödəyə bilərlər.

Eləcə də bax: Manatı nə gözləyir? – ŞƏRH – PROQNOZ

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275