BANK

Palata dollar satışı ilə bağlı mövqeyini niyə dəyişib?
22 AVQUST
521

Palata dollar satışı ilə bağlı mövqeyini niyə dəyişib?

2016-08-22 15:59:00

Xəbər verdiyimiz kimi, Maliyyə Bazarlarına Nəzarət Palatası bəzi bankların dolları satışını dayandırmasına münasibət bildirib.

Palatadan qeyd edilib ki, valyuta bazarının tənzimlənməsi MBNP-nın deyil, Azərbaycan Mərkəzi Bankının (AMB) mandatında olan sahədir. Yəni, valyutaya olan tələb-təklif  AMB tərəfindən tənzimlənir.

Eləcə də bax: Azərbaycanda dollara tələbatın artması haqda – PALATADAN AÇIQLAMA

Fins.az xəbər verir ki, palata yalnız bankların Mərkəzi Bankın müəyyənləşdirdiyi  4%-lik marja koridoruna əməl etmələrinə nəzarət etdiyini irəli sürüb.

Xatırladaq ki, palata bir müddət əvvəl (iyunun 25-də)  bankların dollar satışını dayandırması ilə bağlı monitorinq keçirmişdi. Nəticədə valyuta satışına süni şəkildə maneə yaradan banklar cəzalandırılmışdı. Bundan sonra bütün banklarda dollar satışı bərpa edilmişdi. Hazırda palatanın fikrini dəyişməsi  sual doğurur.

Ekspert Əkrəm Həsənov bildirir ki, palata bankların fəaliyyətlərinə nəzarət etməlidir. Bununla belə Ə.Həsənovun sözlərinə görə, dolların satışının dayandırılması bankın səliyyətlərinə daxildir. Palata iyun ayında olduğu kimi buna müdaxilə edə bilməz: ”Amma satışın həyata keçirilməsinin qanuna uyğunluğuna nəzarət məhz onun səlahiyyətinə daxildir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272