BANK

Dolların manata olan məzənnəsi – PROQNOZ NECƏDİR?
22 AVQUST
3346

Dolların manata olan məzənnəsi – PROQNOZ NECƏDİR?

2016-08-22 13:01:00

Ölkədə dolların bahalaşması prosesi davam edir. Mərəkəzi Bankın bu günə olan rəsmi məzənnəsinə əsasən, dollar 1.6204 AZN təşkil edir. Fins.az bildirir ki, bu da aprel ayından indiyə qədər olan müddətdə  maksimum göstəricidir.

Belə ki, 2015-ci ilin dekabrında baş verən devalvasiyadan sonra dolların manata qarşı məzənnəsi yüksəlməyə başladı. Cari ilin əvvəlində rəsmi məzənnə 1.5610 AZN səviyyəsindən mart ayında 1.6456 AZN-ə çatdı.  Məhz mart ayının ikinci yarısından başlayaraq manat dollara nisbətdə stabilləşdi. Artıq aprel ayının ilk on günündə  məzənnə 1.5421 AZN səviyyəsində idi. Hazırda sual  doğuran rəsmi məzənnənin yenidən 1.6456 AZN səviyyəsinədək yükəlib-yüksəlməyəcəyidir.

İqtisadçı-ekspert Ramin Rəhimov açıqlamalarına görə,  ilin birinci rübündə neftin qiymətinin düşməsi manatın dollara qarşı ucuzlaşmasını şərtləndirdi. Neftin qiymətinin qalxmasından sonra Mərkəzi Bank manatın məzənnəsini stabilləşdirməyə başladı.

Ekspertin sözlərinə görə, hazırda dollar FED-in sentyabrda keçiriləcək toplantısında faizləri artıracağına dair bazara ötürülən mesajlarla dəyər qazanır. O, yaxın müddətdə dolların mart ayındakı səviyyəni (1.6456 AZN) yeniləyəcəyini istisna etmir. Bununla belə R.Rəhimov  referendum öncəsi Mərkəzi Bankın yenidən manatın dollara nisbətən məzənnəsini stabilləşdirəcəyini proqnozlaşdırır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272