BANK

NIKOIL | Bank-ın Müşahidə Şurası – MOSKVADA TOPLAŞDI
22 AVQUST
244

NIKOIL | Bank-ın Müşahidə Şurası – MOSKVADA TOPLAŞDI

2016-08-22 10:28:00

19.08.2016-cı il tarixində "NİKOYL" İnvestisiya Kommersiya Bankı ASC-nin Müşahidə Şurasının Moskvada iclası keçirilmişdir.

Bankdan Fins.az  daxil olmuş məlumata görə, iclasda əsas müzakirə mövzusu Bankın nizamnamə kapitalının artırılması olmuşdur. Müşahidə Şurası tərəfindən Səhmdarların Ümumi Yığıncağına Bankın nizamnamə kapitalının 60 milyon manatadək artırılması tövsiyyə edilmişdir.

Bankın Səhmdarlarının Ümumi Yığıncağının növbədənkənar iclası cari ilin avqustun sonunadək keçirilməsi nəzərdə tutulub.

Bu gün NIKOIL | Bank əhaliyə milli və xarici valyutada həyata keçirilən hesablaşma, kredit, kart, zəmanət, banklararası, sənədli və digər əməliyyatların da daxil olduğu xidmətlərin tam paketini təklif edən universal maliyyə-kredit təşkilatıdır. Bankın filial şəbəkəsi Bakı, eləcə də Azərbaycanın bölgələrində yerləşmiş 21 satış məntəqəsindən ibarətdir.

Bankın bütün məhsulları, aksiyaları və xüsusi təklifləri barədə məlumatı korporativ səhifə www.nikoil.az səhifəsinə daxil olaraq və ya (012) 981 qısa nömrəsi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz. Bankın sosial şəbəkədə rəsmi səhifəsinin ünvanı:https://www.facebook.com/bank.nikoil

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272